22 C
Baku
Tuesday, August 16, 2022

“Union Kredit” BOKT-un kapitalı kəsrdədir

“Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 115 min 571 manat zərərlə başa vurub. 2020-ci ildə BOKT-un zərəri 229 min 894 manat olub ki, bu da illik müqayisədə zərərinin 2 dəfəyə yaxın azalması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

“Union Kredit”in faiz gəlirləri ötən il 6 min 837 manat, əvvəlki il 8 min 561 manat təşkil edib.

Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 73 352 manat olub ki, bu da illik müqayisədə 3 dəfə azdır. Bunun 4 713 manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Belə ki, illik müqayisədə BOKT-un kredit portfeli 33.4 dəfə kiçilib.

Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 26.2% artaraq 279 min manata çatıb, balans  kapitalı isə mənfi, yəni kəsr 205 516 manat olub.

Son xəbərlər
Oxşar xəbərlər