15 C
Baku
Wednesday, May 15, 2024

“United Credit Bank”ın gələcəyi ilə bağlı xəbər var

Bu ilin yanvar ayında lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank”ın (“UCB”) bazarı tərk edib-etməməsi ilə bağlı Ali Məhkəmənin qərarı gələn ilə qalıb. Bunu agentliyə məhkəmədən deyiblər.

Xatırladaq ki, ilk öncə Ali Məhkəmənin işə ilin sonuna qədər baxacağı bildirilirdi. Amma hakim Azər Hüseynovun icraatında olan iş üzrə məhkəmə baxışının vaxtı hələ də təyin edilməyib və bununla bağlı qərarın 2017-ci ildə qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “UCB”-ni müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni Bankın ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb.

Çünki “UCB” məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə “UCB”-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər