9 C
Baku
Thursday, December 12, 2024

Uorren Baffett: “Bu, həyatınızı necə yaşadığınızı göstərən ən vacib meyardır”

Dünyaca məşhur 92 yaşlı investor Uorren Baffett deyib: “Əgər mənim yaşıma çatsanız və heç kim sizin haqqında yaxşı düşünməsə, bank hesabınızda nə qədər pulun olması məni maraqlandırmır, həyatınız bir fəlakətdir”.

Bu sözlər dünyanın ən varlı adamlarından biri olan Baffettin Corciya Texniki İnstitutunun tələbəsi uğurun tərifini soruşduqda verdiyi cavab idi. “Qartopu: Uorren Baffett və həyatın işi” bioqrafiyasında investor uğur zolağını hər birimizin çata biləcəyi səviyyəyə qaldırır. Milyarder deyir:

“Mən çoxlu pulu olan bir çox insan tanıyıram, onlar böyük yığıncaqlar təşkil edirlər, xəstəxanalara onların adı verilir. Ancaq həqiqət budur ki, dünyada heç kim onları sevmir. Bu, həyatınızı necə yaşadığınızı göstərən ən vacib meyardır. Nə qədər çox sevgi versən, bir o qədər çox sevgi alacaqsan”.

Mütəxəssislərin fikrincə, Baffetin bu tövsiyəsini realizə etməyin əsas iki yolu var.

1. Sevdiyiniz insanlarla işləyin

Baffett deyib: “Mən hər günümü sevirəm. Demək istəyirəm ki, mən yalnız bəyəndiyim insanlarla işləyirəm. Dünyada Berkshire-ı idarə etməkdən daha əyləncəli iş yoxdur və mən olduğum yerdə olduğum üçün özümü şanslı hesab edirəm”.

İş çox yorucu ola bilər, lakin işləmək üçün ən yaxşı yer insanın gəlməyə xoşladığı yerdir. Bu şirkətlərin müsbət və ruhlandırıcı mədəniyyəti var.

2. Sevdiyiniz işlə məşğul olun

Baffett bir neçə il əvvəl deyib: “İş dünyasında sevdikləri işlə məşğul olan insanlar ən uğurlu insanlardır”. Sevdiyi iş insana hər səhər durmağa motivasiya verir.

“Harvard Business Review” jurnalında dərc edilən bir araşdırma göstərir ki, tam məşğul olmaq və xoşbəxt olmaq üçün insanlar işlərinin vacib olduğunu və onların töhfələrinin mühüm bir şeyə nail olmağa kömək etdiyini hiss etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər