22 C
Baku
Tuesday, April 23, 2024

Uqanda tarixdə ilk dəfə neft hasilatına başlayır

Uqandada tarixdə ilk dəfə olaraq neft qazma qurğusu işə salınıb.

Bu barədə “Daily Monitor” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hasilat ölkənin Qərb regionunda, Hoima və Kikuube dairələrində yerləşən “Kingfişer” neft yatağında başlayıb. Bu yatağın ehtiyatlarının işlənməsinin Uqanda iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcəyi bildirilir.

Uqandanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi “Kingfişer” yatağının Albert gölünün cənubunda yerləşdiyini qeyd edib.

Xatırladaq ki, Avstraliyanın “Hardman Resources” şirkəti bir neçə il əvvəl Albert gölü bölgəsində neft ehtiyatlarının olduğunu təsdiqləmişdi.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər