Bu ilin fevral ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 49.56 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin fevral göstəricisi (92.15 dollar) ilə müqayisədə demək olar ki 1.86 dəfə azdır.
Bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, bu ilin yanvar ayının göstəricisi (49.48 dollar) ilə müqayisədə fevralda “Urals” neftinin qiyməti 1.16% artıb.
Qeyd olunur ki, 2023-cü ilin yanvar-fevral aylarında “Urals” neftinin orta qiyməti 49.52 dollar təşkil edib, bu da illik müqayisədə 44.3% azalma deməkdir.