10 C
Baku
Thursday, December 12, 2024

Ursula von der Leyen Finlandiya Prezidenti ilə Ukraynanı müzakirə edib

Finlandiya Prezidenti Sauli Niinistö Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.

Bu barədə Finlandiya Prezidentinin Ofisi məlumat yayıb.

“Prezidentlər Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsini və Avropanın təhlükəsizliyini müzakirə ediblər. Prezident Niinistö bəyan edib ki, Avropa İttifaqı Rusiyanın müharibəsinə güc və qətiyyətlə cavab verib. Aİ həm Ukraynaya dəstəkdə, həm də Rusiyaya cavabında vahid mövqedən çıxış edib. Bu birliyi qorumaq son dərəcə vacibdir. Finlandiya Aİ-nin sanksiya siyasətinə tam sadiqdir və lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək”, Prezident Ofisinin yaydığı məlumatda qeyd olunub.

Rusiyanın Ukraynanın mülki infrastrukturuna qanunsuz hücumlarını kəskin şəkildə pisləyən prezidentlər Aİ və Finlandiyanın Ukraynanın kritik infrastrukturunun təmiri üçün dəstəyi davam etdirəcəklərini vurğulayıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər