26 C
Baku
Tuesday, April 30, 2024

USAID nümayəndə heyəti Azərbaycana gələcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti bu həftə Qazaxıstan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Banker.az xəbər verir ki, USAID-in Mərkəzi Asiya Ticarət Proqramı tərəfindən TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Qazaxıstan Nəqliyyat İşçilərinin İttifaqı – “KazLogistics” ilə birgə təşkil olunacaq səfərin məqsədi Transxəzər Nəqliyyat Marşrutu ilə ticarət həcmlərinin artırılması imkanlarını öyrənməkdir.

“Transxəzər Nəqliyyat Dəhlizi Mərkəzi Asiyadan Cənubi Qafqaza və Avropaya mal tədarükünün təmin edilməsində vacib rol oynaya bilər. USAID bu ölkələr arasında əməkdaşlığı hərtərəfli dəstəkləyir, regional ticarətin genişləndirilməsinə və investisiyaların cəlb edilməsinə töhfə verən qərarları dəstəkləyir”, – USAID-in Mərkəzi Asiyadakı missiyasının ticarət məsələləri üzrə baş regional məsləhətçisi Robert Parker deyib.

Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan, həmçinin Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığına üzv olan 40-dan çox gömrük və nəqliyyat siyasəti təmsilçisindən ibarət nümayəndə heyəti Xəzər dənizindəki Ələt və Kurık limanlarına və Qara dənizdəki Batumi limana səfər edəcək. Nümayəndə heyətinin üzvləri hər bir limanın qiymət siyasətini öyrənəcək, istifadə olunan prosedurları təhlil edəcək və rəqəmsallaşma təşəbbüsləri ilə tanış olacaqlar ki, bu da onlara prosedurların gələcəkdə daha da sadələşdirilməsi üçün tövsiyələr hazırlamağa kömək edəcək.

Səfərdə həmçinin, beynəlxalq avtomobil daşımalarında bilavasitə məşğul olan Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin avtomobil daşıyıcıları, logistika şirkətləri və ekspeditorları, dəniz limanları və gəmiçilik şirkətlərinin milli assosiasiyaları iştirak edəcək. Bolqarıstan və Türkiyədən olan iştirakçılar öz ölkələrinin əraziləri vasitəsilə beynəlxalq avtomobil daşımalarının asanlaşdırılması imkanları ilə tanış olmağa dəvət olunurlar.

Səfər mayın 24-dək davam edəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər