9 C
Baku
Friday, December 13, 2024

ÜST: Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma yenidən artır

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma yenidən artır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbəri deyib ki, “omikron” variantının BA.2 alt növü qlobal miqyasda dominantdır. Xəstəliklərin əsas artımı da alt növlərdədir.

Qebreyesusun sözlərinə görə, hazırda dünyada yoluxma və ölüm səviyyəsi pandemiyanın əvvəlki dalğaları ilə müqayisədə yüksək immuniteti və peyvəndlə əlaqədar nisbətən aşağıdır.

O, xəbərdarlıq edib ki, vəziyyət üçün ən pis ssenarilərdən biri koronavirusun immunitetin təsirindən qaça, daha asan yayıla və daha çox ölümə səbəb ola bilən variantının ortaya çıxması olacaq.

ÜST dünyadakı bütün ölkələrin peyvəndin 70% əhatəsinə nail olmaq üçün səy göstərməyə davam edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər