19 C
Baku
Sunday, May 19, 2024

ÜST-nin rəhbəri koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünü təcrid edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Gebreyesus koronavirusa yoluxmuş insanla təmasda olduqdan sonra özünü təcrid edib.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, təşkilat rəhbəri bu barədə öz “Twitter” səhifəsində məlumat verib.

“Müəyyən olunub ki, Covid-19 testi müsbət nəticə verən biri ilə təmasda olmuşam. Özümü çox yaxşı hiss edirəm, heç bir simptomum yoxdur, lakin ÜST-nin protokollarına uyğun olaraq yaxın günlərdə evdən işləyəcəyəm”, – Tedros yazıb.

Qeyd edək ki, pandemiya başlayandan dünyada 46 milyondan çox insan yoluxub, 1,19 milyon insan isə dünyasını dəyişib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər