-1 C
Baku
Sunday, December 15, 2024

ÜST rəhbəri ölkələri koronavirusa qarşı peyvəndi davam etdirməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, bir neçə həftədir dünyada yoluxma və ölüm hallarının azalmasına baxmayaraq, ölkələr koronavirusa qarşı peyvəndləri davam etdirməlidir.

O, bunu təşkilatın Şərqi Aralıq dənizi ölkələri üzrə Komitəsinin 69-cu sessiyasında deyib.

“Biz bütün ölkələrdə COVID-19 peyvəndi ilə 70 % əhatə olunması hədəfinə doğru irəliləyərkən ÜST-ə üzv ölkələri prioritet məsələ olaraq bütün səhiyyə işçilərini və yaşlı insanları peyvənd etməyə çağırmağa davam edirik”, – Qebreyesus deyib.

“Biz heç vaxt qlobal fövqəladə vəziyyət kimi COVID-19 pandemiyasına son qoyacağımız qədər yaxşı vəziyyətdə olmamışıq”, – təşkilat rəhbəri əlavə edib: “İki il yarımdan sonra biz tunelin sonunda işıqları görməyə başlayırıq”.

“Lakin hələ sona çatmamışıq, hələ də tuneldəyik və ehtiyatlı davranmasaq, bizi çətinləşdirə biləcək çoxlu maneələr var”, – baş direktor fikirlərini yekunlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər