7 C
Baku
Thursday, December 12, 2024

ÜST: Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyət pisləşir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyətin getdikcə pisləşdiyini düşünür.

Bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.

O, məlumatlara çıxışda və yerlərdəki real vəziyyətlə bağlı böyük problemlər olduğunu, bunun vəziyyəti təhlil etməyi çətinləşdirdiyini qeyd edərək KXDR-i ÜST-ə ölkədəki COVID-19 epidemiyası ilə bağlı durumla əlaqədar daha çox məlumat verməyə çağırıb.

M.Rayanın sözlərinə görə, indi qurumun KXDR-dəki vəziyyətlə bağlı, rəsmi olaraq dərc olunan məlumatlar istisna olmaqla, heç bir məlumatı yoxdur. O, həmçinin qeyd edib ki, ÜST dəfələrlə Şimali Koreya hakimiyyətinə pandemiya ilə mübarizədə, o cümlədən COVID-19-a qarşı peyvəndlərdə yardım təklif edib.

KXDR hakimiyyəti isə ölkədə vəziyyətin yaxşılaşdığını iddia edir, mayın sonunda Pxenyanda demək olar ki, bütün COVID-19 məhdudiyyətləri götürülüb.

Rəsmi məlumatlara görə, mayın sonuna Şimali Koreyada 3,5 milyondan çox yoluxma halı qeydə alınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər