13 C
Baku
Friday, May 17, 2024

Utilizasiya fəaliyyətində pozuntularla əlaqədar cərimələr müəyyənləşir

Utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyəti ilə bağlı “Tullantılar haqqında” qanunla müəyyən edilən tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Həmçinin utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.

Yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimələnəcəklər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər