9 C
Baku
Thursday, December 12, 2024

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

– yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;

– operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi

Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-sı

 

Nəqliyyat vasitələri

 

Təsnifat

Güzəşt məbləği

(manatla)

1.1. Kvadrisikl və təkərləri dörddən az olanlar L 200
 

1.2.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar  

M1, M1G

 

1500

1.3. İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar N1, N1G 1500
 

 

1.4.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə

olunanlar

 

 

M2, M2G

 

 

2000

 

1.5.

İcazə verilən maksimum kütləsi 3,5 tondan

yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar

 

N2, N2G

 

2000

 

1.6.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə

verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar

 

M3, M3G

 

3000

1.7. İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar N3, N3G 3000
1.8. Təkərli və tırtıllı traktorlar T, TK, TT 2000
1.9. Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər H, HT 3000
1.10. Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar HK 3000

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər