15 C
Baku
Saturday, April 20, 2024

Vətən müharibəsində iştirak etmiş tələbələrə təhsil krediti verilə bilər

“44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edilib”.

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün aidiyyəti üzrə müraciət edilib.

İcraçı direktor həmçinin bildirib ki, payız semestri ərzində, təxminən, 5000-ə yaxın tələbənin təhsil kreditləri üçün müraciət etməsi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər