10 C
Baku
Sunday, May 19, 2024

Vətəndaşın bank kartından pul oğurlayan şəxs saxlanılıb

Abşeron rayonu ərazisində bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-dən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 6583 manat pulunu oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər