12 C
Baku
Tuesday, May 7, 2024

Vəzifə insanı niyə dəyişir?

Azfen J.V. HR Department – Elçin Çobanov

Təbii ki, burda pisə doğru dəyişiklikdən söhbət gedir. Bu sözləri kiminsə haqqında deməmişdən ilk öncə bir şeyi düşünün: “Adam həqiqətən dəyişib yoxsa sən qısqanırsan”.Əgər bu mərhələdə ədalətli olsan növbəti mərhələdə cavabını tapacaqsan.

Stereotiplərin qurbanı olur

Hər kəs məsləhət verməyi sevir. Çox nadir insanlar var ki, bilmədiyi şey barəsində məsləhət verməsin. Təcrübəmdən bir tək məsuliyyəti böyük olduğu halda məsləhət verməkdən çəkindiklərini gördüm insanların. Bu işdə də belədir. Yeni vəzifəsi qalxmış insana evdə ailə üzvlərindən tutmuş, iş yoldaşlarının özlərinə kimi hər kəs məsləhət verir. Məsləhət, məşvərət əladır lakin məsləhət alan da özündə məsuliyyət hiss edib o məsləhətləri ölçüb biçməlidir. Uğur qazanmağın yolları haqqında milyonlarla kitab və məqalə var. Bunların içindən ən düzünü seçmək sənin işindir. Ən böyük səhvlər stereotiplərlə yaranır. “Sovetdən qalma nəsilin” idarəetmə anlayışı:

  •  İşçiyə üz vermə
  •  İşçinlə zarafat eləmə
  •  İşçin səndən qorxmalıdır
  •  Kimin rəis olduğunu göstər və s.

Unutmayın ki sovet fikirlərini repressiya hesabına yalnız 70 il dözə bildi. Məcburiyyətin olmadığı bu dövrdə insanları bu qaydalarla idarə etməyə çalışmaq axmaqlıqdı sadəcə.

Özünü göstərmək

Bizim coğrafiyada müşahidə etdiyim ən böyük problem səbirsizlikdi. İnsanlar hər şeyin təsirini dərhal görmək istəyirlər. Hər şey də bu düşüncəyə uyğunlaşdırılıb. Bu səbəbdəndir yeni vəzifə artımı olan birisi dərhal nələrsə edib rəhbərliyə seçimində yanılmadıqlarını göstərmək istəyir. Halbuki tələsik səhvlərə yol verir. Nə isə yolunda getməyəndə bunun günahını işçilərində görür və dərhal tədbir tökməyə çalışır. Əslində isə ən ideal ideyanın belə qəbul etdirilməsi üçün vaxt lazımdır ki, işçilər uyğunlaşa bilsin.

Eqo Qurbanları

Bəzən insanlar eqosunu bəsləmək üçün özünü üstün, lazımlı, əsas hiss etmək istəyir. Savadı imkan vermədikdə isə vəzifəsinin verdiyi gücdən istifadə etməyə çalışır. Belə olduqda isə insan gözdən düşür. Əgər kamanda səni rəhbər kimi qəbul etmirsə sən bu barədə gündə üç dəfə iclas keçirib xatırlatsan da xeyri olmayacaq.

Özünü müdafiə mexanizmi

Vəzifə insan bir sıra səlahiyyətlərlə yanaşı, maddi və mənəvi fayda da verir. Vəzifəni itirmək bir yana daha kiçin kabinetə keçmək, masasını daha kiçiyi ilə dəyişdirilməsinin insanlara necə mənfi təsiri üzərində ciddi elmi təcrübələr var, çox şirkətlər bunu cəza metodu kimi istifadə edir. Çox nadirən vəzifəcə böyük olan savadca da ən mükəmməl olur. Əldə etdiyi uğuru əldə saxlamaq üçün bəzən rəhbər işçilər ucuzluğa gedə bilirlər.

Dediyim kimi kimisə mühakimə etmək, xüsusi ilə də cəmiyyət içində mühakimə etməyi məsləhət vermirəm. Əslində bu yazım vəzifəsi artmış uğurlu adamlara məsləhətdir. Çünki işin doğru tərəfini bilməklə yanaşı nələrin sizi uğursuzluğa aparacağını da dəqiq bilməlisiniz. Başqasının səhvi varsa çalış sən eyni səhvə yol verməyəsən. Atamın məsləhətlərindən biridir ki ”Hər şeyin ən incəsi zəif olduğu halda insanın ən kobudu ən zəifidir” . Ən savadlı olmaya bilərsiniz, amma ən sevilən ən hörmətli olmaq sizin əlinizdədir. İnsanların maddi dünyada ən çox ehtiyac duyduğu şeylərə baxsanız görərsiniz ki, siyahının yarısından çoxu mənəvi şeylərdi. Bu mənəvi dəyərlərin də əksəri pula satılmadığı kimi tamamən pulsuzdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər