13 C
Baku
Saturday, May 18, 2024

Vahid Ələkbərov “LUKOYL”un rəhbərliyindən istefasının səbəbini açıqlayıb

Bir gün əvvəl Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü postunu tərk edən Vahid Ələkbərov istefasının səbəbini açlqlayıb.

Məlumatı TASS yayıb.

“Böyük Britaniya və Avstraliyanın sanksiyaları şirkətin işinə mane olur, bu da onu tərk etməyə səbəb olub”, – Ələkbərov deyib.

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər