16 C
Baku
Friday, April 26, 2024

Vahid Ələkbərovun “seksist” olduğu üzə çıxıb

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib.

Banker.az bildirir ki, bu barədə “Bloomberg TV” xəbər verir.

Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur.

Ələkbərov hesab edir ki, bunun səbəbi neft sahəsinin xarakteri daha çox kişilərə uyğundur. “Təəssüf ki. sahəmiz ümumilikdə heç vaxt qadın mütəxəssis yetişdirməyib. Həmişə kişilər hazırlanıb”, – o deyib.

Lakin “Lukoil” şirkətinin başçısı istisna etməyib ki, gələcəkdə vəziyyət dəyişə bilər. Onun sözlərinə əsasən, şirkət universitetlərlə sıx əməkdaşlıq edir və idarəetmə strukturlarında işləmək üçün potensial namizədlər arasında dörd qadın var.

Daha öncə Ələkbərov bildirmişdi ki, təxminən beş ildən sonra şirkət rəhbərliyində dəyişikliklər baş verə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər