Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə oktyabr ayının altıncı valyuta hərracı keçirilib.
Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 19 oktyabr 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb. Bu da, 2016-cı ilin noyabr ayının 15-16-da olan məzənnəyə qədər enməsi deməkdir.
Eləcə də bax: Proqnoz: Dollar 4 dəfə bahalaşa bilər
Xatırladaq ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7001 səviyyəaində formalaşmışdı.
Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.