Venesuela yaxın günlərdə BƏƏ-yə 15 ton qızıl satmaq niyyətindədir.
Banker.az bildirir ki, bu barədə mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Adını açıqlamayan yüksəkçinli məmur qeyd edib ki, Cənubi Amerika ölkəsi BƏƏ-yə ehtiyat fondundan ümumilikdə 29 ton qızıl satacaq.
Həmsöhbət həmçinin bildirib ki, ölkə, yanvarın 26-da ehtiyatda olan qzıldan artıq 3 tonunu satmağa macal tapıb.
Ötən il isə Venesuela Türkiyə və BƏƏ-də təmizlənməmiş qızıldan 900 milyon dollara yaxın vəsait əldə edib.