17 C
Baku
Sunday, May 5, 2024

Venesuela Mərkəzi Bankının rəhbəri 3 il sonra ilk dəfə rəsmi statistikanı açıqlayıb

Venesuela Mərkəzi Bankının prezidenti Kalixto Orteqa Venesuela iqtisadiyyatının 2022-ci ilin birinci rübündə illik müqayisədə 17.04% böyüdüyünü açıqlayıb.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ilin birinci rübündən bəri Venesuelanın iqtisadi artımı ilə bağlı ilk rəsmi statistikanı açıqlayan Orteqa bunun Latın Amerikası regionundakı ən yüksək artım olduğunu qeyd edib.

Orteqa 2ci rübün nəticələrini açıqlamayıb, lakin bu dönəmdə özəl sektordakı artımın 18.7% olduğunu bildirib.

Mərkəzi Bankın rəhbəri əlavə edib ki, Venesuela iqtisadiyyatı 2021-ci ilin dördüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19.07% böyüyüb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər