13 C
Baku
Tuesday, May 14, 2024

Vergi daxilolmaları illik müqayisədə 75% artdı – Artıma əsas səbəb neft-qaz sektorudur

2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxiolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kəskin artıb.

Bu barədə Banker.az iqtisadiyyat naziri Mikayıl Cabbarovun tvitinə istinad edir.

Nazir bildirir ki, illik müqayisədə vergi daxil olmaları 74.8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib. Artıma səbəb neft sektorundakı 2 mlrd. 281.5 mln. manatlıq ödənişlərin kəskin artmasıdır.

Bu müddətdə qeyri-neft qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 2 mlrd. 618 mln. manat olub.

“Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir”- deyə, nazir deyib.

Image

Son xəbərlər
 ⁠
Digər xəbərlər