16 C
Baku
Sunday, May 19, 2024

Vergi orqanının kirayədə yaşayan vəzifəli şəxslərinə kompensasiyanın verilməsi ilə bağlı dəyişiklik qəbul edilib

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsil əlavə olunur.

Bu çərçivədə Əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər