20 C
Baku
Tuesday, April 30, 2024

Vergi orqanının vətəndaşın bank məlumatlarını əldə etmək səlahiyyəti varmı?

Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergiödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməli və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər