Vergi Məcəlləsinin 62 maddəsi şikayətin verilmə qaydası üçün nəzərdə tutulub. 62.1 maddə də qeyd olunub ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
Misal üçün “Sabirabad” MMC vergi orqanı ona əsassız yerə akt tərtib edir. Bu halda MMC-nin rəhbərliyi vergi orqanın əsassız yerə hesab etdiyi aktdan şikayət etmək hüququ vardır.
62.2. maddənin tələblərinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Yəni MMC aktdan onu tərtib edən orqanın baş idarəsinə yəni tabe olduğu orqana və ya məhkəməyə şikayət verə bilər.
Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
62.3. maddənin tələblərinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.Yəni MMC aktın əsassız olduğu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində şikayət verə bilər.
Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Yəni əgər 3 müddətini buraxmışdırsa buna əsaslı səbəb gətirirsə bu halda həmin müddət bərpa edilə bilər. Məsələ burasındadır ki, bu bərpa edilmə müddəti məhkəmə orqanına verilmir. Yəni səlahiyyət yenə də vergi oqranında qalır. Şikayətin verilməsində, məhkəmə vergi orqanı ilə eyni xüsusiyyətdən çıxış edir. Bundan əlavə əgər mən vergi orqanına şikayət verirəmsə, sonradan onun qərarını qərəzli sayıramsa bu halda məhkəməyə vermək üçün müddət axınını buraxıram. Burda yenə də, üstünlük vergi orqanındadır.
İqtisadçı-ekspert Rauf Qarayev