-1 C
Baku
Sunday, December 15, 2024

Vergiqoyma sistemi

Müxtəlif ölkələrdə vergiqoyma sistemini müqayisə etmək çətindir, çünki hər ölkənin öz vergi qanunları var və onlar dəyişməz qalmır.

İqtisadi Əməkdaşlıq və inkişaf təşkilatının (İƏİT) müqayisə metodikasının mahiyyəti məcmu vergi ödəmələrinin ölkənin ümumi daxili məhsuluna nisbəti kimi “agregirləşdirilmiş vergi yükünü”  hesablamaqdan ibarətdir. 

 Bu metodikaya istiqamətlənərək Investopedia.com saytı aşağı vergilər üzrə beş lider ölkənin  siyahısını tərtib etmişdir.  Maraqlıdır ki Rusiya bu beşliyə daxil deyil, lakin burada üçüncü yerdə vergilərini çətin ki çox aşağı hesab etmək mümkün olan ABŞ yerləşib.

İƏİT-in vergi statistikası hesabatı üzrə məlumatına görə 2010-cu ildə ən aşağı vergilər Meksikada və Türkiyədə olmuşdur.  İƏİT-in siyahısında bir çox dünya iqtisadiyyatları qeyd olunub və 2000-ci illərdən başlayaraq bütün bu ölkələr üzrə orta göstərici 35-36% təşkil edir. Investopedia.com ən aşağı vergilər olan ölkələr və bu ölkələrin vətəndaşlarının dünya iqtisadiyyatını zənginləşdirdikləri barədə yazır.

 Meksika

 İƏİT-in sonuncu məlumatına görə Meksika ən aşağı – 21,1% vergiqoyma olan ölkə olduğu kimi, həm də, KPMG şirkəti tərəfindən vergilər nöqteyi-nəzərindən biznes aparılması üçün ən əlverişli ölkə kimi qəbul edilmişdir.  KPMG-nin 2010-cu ildə dərc edilmiş hesabatı 10 yüksək inkişaf etmiş ölkənin 95 şəhəri üzrə məlumatları əhatə edir.  Yaşayış səviyyəsinin ucuz olması Meksikaya ABŞ-dan ekspatları və təqaüdçüləri hər hansı bir ölkədən daha çox cəlb etmişdir. Bununla belə, Meksikaya Kanadadan və digər dünya ölkələrindən gələnlər çoxdur.

 Ölkənin bəzi rayonları təhlükəli hesab olunsa da, burada həyat nisbətən sakitdir. Bununla belə, burada daşınmaz əmlaka vergilər aşağıdır və keyfiyyətli tibbi xidmətin qiyməti Birləşmiş Ştatlardan daha çox rəhmlidir, xüsusilə də nəzərə alsaq ki bir çox Meksika həkimləri təhsillərini Amerikada almışlar. Meksikada tibbi sığorta proqramları şəxsi, açıq və eləcə də işəgötürənlər tərəfindən sponsorlaşdırılan ola bilər. Göstərilən tibbi xidmətin keyfiyyəti bu xidməti göstərən şirkətlərdən asılıdır; ən yaxşı xidmət xüsusi klinikalarda göstərilir. Göstərilən tibbi xidmətin qiyməti artır, lakin İƏİT-in verdiyi məlumata görə, əvvəlki kimi adambaşına hesabda ən ucuzlarından biri olaraq qalır və ölkənin ÜDM-nin yalnız cüzi hissəsini – 6,6% təşkil edir.

 Türkiyə

 Bu ölkədə gəlir vergisi həm ayrı-ayrı şəxslərdən, həm şirkətlərdən yığılır. Bundan başqa orada əlavə dəyər vergisi 18% təşkil edir; burada digər əlavə vergiqoyma növləri də var. Türkiyə ən az vergiqoyma olan ölkələr siyahısında Meksikadan sonra ikinci yeri tutur, vergilərin həcmi isə ÜDM-ə nusbətdə 23,5% təşkil edir.  Bu, həcminə görə dünyada 16-cı iqtisadiyyatdır.

Türkiyədə mərkəzləşdirilmiş səhiyyə sistrmi mövcuddur, sosial təminat sistemi isə federal hökumətin idarəçiliyindədir.. Eləcə də Səhiyyə nazirliyinin vəzifələrinə çox sayda sahələr, profilaktiki tibbi xidmətlər, xüsusi xəstəxanalara nəzarət, dərman istehsalının və qiymətlərin tənzimlənməsi, tibbi personalın tədrisi və dövlət müalicə təşkilatları üzərində nəzarət daxildir.

 Cənubi Koreya

 Uzaq Şərq regionu böhranın nəticələrindən yan keçməmişdir, lakin Cənubi Koreya buna digərlərindən daha yaxşı tab gətirə bilmişdir.  Cənubi Koreyanın prezidenti Li Mun Bak Hyundai avtokonserninin keçmiş rəhbəridir.  O, bəzi şirkətlərin və bankların bərpa proqramlarını tətbiq etmiş, kreditlər üzrə dərəcələri azaltmış və ölkənin beynəlxalq ehtiyatlarını artırmaq məqsədi ilə valyuta mübadiləsinin geniş yayılmasını həyata keçirmişdir.

Bununla belə, vergilər artırılmırdı və beləliklə, Cənubi Koreya dünyada ən aşağı aqregirləşdirilmiş vergi yüklərindən biri kimi 26,6% səviyyəsini saxlaya bilmişdir. İƏİT ölkələri arasında Cənubi Koreya böhrandan sonrakı bərpanın öhdəsindən hamıdan tez gəlmişdir, ÜDM-in artımı isə 2010-cu ildə 5,8% təşkil etmişdir. Keçən ilin noyabrında Seulda “böyük iyirmilik” ölkələri liderlərinin sammiti keçirilmişdir.

 ABŞ

 Amerika dünyada ən iri iqtisadiyyata malikdir, ölkənin ÜDM-i isə 14 trln. dollardan artıqdır.  Digər ölkələrlə müqayisədə ABŞ-da vergi səviyyəsi nisbətən aşağı, həyat səviyyəsi isə yüksəkdir.  Ölkədə vergi yükü təxminən 26,9% təşkil edir, əməyin saat hesabı ödənməsi isə azad bazar ölkələri içərisində ən yüksəkdir.. Amerikada sosial xidmətin səviyyəsinin yüksək vergiqoyma olan Danimarka və İsvecdə olduğu kimi o qədər də təsiredici olmamasına baxmayaraq, burada yaşlı insanlara yönəldilmiş müxtəlif növ, məsələn Social Security, Medicare və Medicaid kimi  sosial proqramlar işləyir. Hələ pensiya yaşına çatmayanlar üçün də proqramlar, məsələn, sosial yardım yaxud işsizliyə görə müavinətlər də nəzərdə tutulub.

Əksər Avropa ölkələrindən fərqli olaraq, ABŞ-da satışdan vergi və əlavə dəyər vergisi yoxdur. Ölkənin federal büdcəsinə yığılan vergilər bilavasitə proqressiv gəlir vergisi hesabına formalaşır və ÜDM-in 10%-dən 35%-dək təşkil edir.

 İrlandiya

 Hələ ki İrlandiya 28,3% vergi göstəricisi ilə İƏİT-ın renkinqində beşinci yerdədir, lakin bu, tezliklə dəyişəcəkdir.  Keçən il İrlandiya öz bank sistemini xilas etmək üçün Avropa birliyinə və Beynəlxalq Valyuta Fonduna müraciət etmişdi. Maliyyə yardımı almaq  üçün şərt olaraq ölkə hökuməti dövlət xərclərini 20% azaltmağa və vergiləri yaxın dörd il ərzində artırmağı anons etmişdir. İrlandiya hökumətinin məqsədi 2014-cü ilin sonuna büdcə kəsirini ÜDM-in 3% dək azaltmaqdır.

Bundan başqa, İrlandiyanın hökumət borcunun azaldılması, bir vaxt əliaçıqlıqla verilən 2,8 mlrd avro sosial yardım proqramlarının ixtisarını və eləcə də ölkə qulluqçularının əmək haqqının 10% azaldılmasını özünə daxil edir. Əmək haqqının minimal ölçüsü 1 avro azaldılacaq və orta hesabla 1 saata 7,65 avro təşkil edəcək.  Təqaüdçülər üçün vergi imtiyazları da əhəmiyyətli dərəcədə azaldılacaq, vergilərin artırılması isə İrlandiya xəzinəsinə əlavə olaraq təxminən 1,9 mlrd avro gətirəcək. .Mülkiyyətə yeni vergi tətbiq olunacaq, satışlara qoyulan vergi isə 21% dən 2014-cu ildə 23%-dək artacaq.

Hələ ki, bəzi ölkələrdə əvvəlki kimi vergilər aşağı səviyyədə saxlanılır, ABŞ və İrlandiya borc yığıraq sosial təminatı və ölkə xidmətlərini əvvəlki səviyyədə saxlamaq üçün xeyli qüvvə sərf edirlər. İrlandiya artıq xərclərin azaldılmasında və vergi sistemini nizamlamaqda əhəmiyyətli addımlar atmağa başlamışdır , Birləşmiş Ştatlar isə hələ ki dövlət xərcləri üzərində nəzarət üçün lazımi tədbirlər qəbul etməmişdir.

Amerikada vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşə bilər. Bu il “bebi-bumerlərin” yaşlaşan nəsli pensiya və sosial təminat, eləcə də səhiyyə proqramlarından istifadə etməyə başlamalıdırlar. Əhəmiyyətli dəyişikliklərsiz bu proqramlar ABŞ əhalisinin adət etdiyi həyat səviyyəsini təmin edə bilməyəcək.  Bu səbəbdən də, yaxın illərdə ən az vergiləri olan top-5 ölkə siyahısı əhəmiyyətli dərəcədə dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər