2 C
Baku
Saturday, December 14, 2024

Viktor Orban Ukraynanı iqtisadi cəhətdən mövcud olmayan ölkə adlandırıb

Macarıstan Baş naziri Viktor Orban Ukraynanı iqtisadi cəhətdən mövcud olmayan ölkə adlandırıb.

Bunu Viktor Orban yerli “Kossuth Rádió” radiostansiyasına müsahibəsində bildirib.

Orban hesab edir ki, ABŞ və Avropa İttifaqı (Aİ) Kiyevə maliyyə dəstəyini dayandıran kimi Ukraynadakı hərbi münaqişə sona çatacaq. O, Ukraynanı maliyyə və iqtisadi cəhətdən müflis hesab edir:

“Ukrayna iqtisadi cəhətdən mövcud olmayan bir ölkədir və sual ondan ibarətdir ki, biz bu ölkəni xilas edəcəyik ya yox”, – Macarıstan hökumət başçısı bildirib.

Baş nazir onu da qeyd edib ki, hazırda macar vergi ödəyiciləri də ümumi Avropa büdcəsi vasitəsilə Ukraynanı dəstəkləyir və bu səbəbdən də Ukraynada azlıq təşkil edən macarların təqiblərə məruz qalması təəssüf hissi doğurur.

Orbanın həmçinin onu əlavə edib ki, ABŞ və Aİ-nin maliyyə yardımı hesabına Ukraynada pensiyalar və maaşlar ödənilir, dövlət idarəçiliyi həyata keçirilir, səhiyyə sistemi fəaliyyət göstərir, lakin bu vəziyyət uzun müddət davam edə bilməz.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər