2 C
Baku
Saturday, December 14, 2024

Viktor Orban yenidən Baş nazir seçildi

Macarıstan parlamenti ölkənin baş naziri Viktor Orbanı yenidən bu vəzifəyə seçib.

Seçildikdən sonra Orban vəzifəsinin icrasına başlayıb və and içib.

Orbanın namizədliyinin lehinə 133 deputat səs verib, 27 deputat isə əleyhinə çıxıb.

Viktor Orban beşinci dəfə Macarıstanın baş naziri vəzifəsinə seçilib. Bundan əvvəl o, 1998-2002-ci illərdə və 2010-cu ildən bu günə kimi hökumətə rəhbərlik edib.

Orban hökuməti açıq şəkildə Rusiya neftinə embarqo tətbiq edilməsinə qarşı çıxır, Macarıstan Rusiya xammalından çox asılıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər