Samux rayon dövlət yol polisi bölməsinin rəisi tutduğu vəzifədən azad edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Samux rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
Onun yerinə hələlik təyinat yoxdur.