Azərbaycanda koronavirus pandemiyadan zərər görmüş sahibkarlar kredit öhdəliklərinin yerinə yetirə bilməməsi halı yaransarsa, bu kreditlər üzrə faizlərin bir hissəsini dövlət ödəməli olacaq. Bununla bağlı Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli tədbirlər planında qeyd edilir ki, işin icrası 2020-ci ilin aprel və may aylarında başlamaqla İqtisadiyyat Nazirliyinə tapşırlıb.
Zəmanəti olmayan kreditlərin faizlərinin nə qədərini dövlət subsidyalaşdırır?
Dəqiq olaraq, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən KOS) 2020-ci il 10 mart tarixinə 1 mlrd. manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması planlaşdırılır. Yəni, 2020-ci il 10 mart tarixinə dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-in subsidyalaşdırılacaqdır. 10%-nin subsidyalaşdırılması – məsələn, bu növ kreditlər 15% illik bankdan götürülmüşsə, bu faiz dərəcəsinin yalnız 5% sahibkar ödəyəcək, qalan 10%-i isə dövlət tərəfindən qarşılanır.
Məsələn, 2019-cu ilin oktyabrında sahibkar illik müqavilə ilə bankdan 100 000 manat həcmində 15%-lik kredit götürüb. Bu kreditin faiz ödənişinin həcmi 15 000 manatdır. 1 mart 2020-ci ilə qədər sahibkar bütün ödənişlərini vaxtı-vaxtında ödəyib, heç bir gecikmə ilə üzləşməyib. Bu sahibkar pandemiya səbəbindən onun aylıq gəlirləri kəskin şəkildə azalmış və bu öhdəliyi yerinə yetirə bilməsi imkanında problem yaradıb. Belə olduğu əsas borcun üzərinə gələn 15 000 manatlıq faiz ödənişinin 1 il ərzində 10%-i, yəni, 10 000 manatı dövlət tərəfindən subsidyalaşdırlacaq. Sahibkar isə həmin kreditin üzərinə əlavə olan faiz ödənişi olan 5 000 manatını ödəməli olacaqdır. Burada diqqət olunası məsələ, kreditin əsas borc hissəsi ilə qatışdırılmamasıdır.
Yeni veriləcək kreditləşmədə hansı güzəştlər olacaq?
Hökumət iqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi istiqamətində daha bir addım kimi pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 500 mln. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması planlaşdırılır. Bu işin icrası İqtisadiyyat, Kənd Təsərrüfatı və Maliyyə nazirliklərinə aprel ayı üzrə icrası tapşırılıb.
Burada, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidyalaşdırılacaq. Bundan əlavə KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması tapşırılıb.
Məsələn, sahibkar bankdan 15% ilə 100 000 manatlıq kredit götürür. Bu kreditin məbləğinin 60%, yəni, 60 000 manatı dövlət tərəfindən zəmanət verilir. Tətbiq ediləcək illik faiz dərəcəsinin 7,5%-i dövlət tərəfindən ödənilir.
Zəmanət krediti verilməyən və ya yeni kredit əldə etmək istəyən sahibkar qeydiyyatdan necə keçməlidir?
Sahibkarların bu növ subsidiyalardan necə yararlanacağı ilə qayda tam olaraq hələ ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Lakin, ilkin versiya kimi, sahibkarın zəmanəti olmayan krediti götürdüyü bank və BOKT-a ilk olaraq müraciət edəcəkdir. Bununla bağlı Nazirlər Kabineti yaxın zamanda qaydaları müəyyən edən mexanizmi təsdiq edəcəklər.