2 C
Baku
Saturday, December 14, 2024

“Visa” Rusiya bankları ilə iş müddətini uzadıb

Rusiya banklarına xaricdə “Visa” beynəlxalq ödəniş sisteminin kartları üzrə klirinq əməliyyatlarının (qarşılıqlı ofsetlərin) başa çatdırılması üçün daha bir gün vaxt veriləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, müddət martın 11-dək uzadılıb.

Bundan əvvəl “Visa” və “Mastercard” Rusiyada martın 10-dan etibarən bütün əməliyyatların dayandırıldığını elan ediblər.

Rusiya Bankının məlumatına görə, Rusiya kredit təşkilatları tərəfindən buraxılan bu ödəniş sistemlərinin kartları Rusiya Federasiyasında adi qaydada – istifadə müddəti başa çatana qədər işləməyə davam edəcək.

Bundan əlavə, “Apple Pay” və “Google Pay” təmassız ödəniş xidmətləri Rusiyada “Visa” və “Mastercard” kartları üçün artıq əlçatan olmayacaq. Smartfondan istifadə edərək təmassız ödəniş üçün Android sahibləri “Mir Pay” xidmətindən istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər