1 C
Baku
Saturday, December 14, 2024

“Visa” Salona və USDC ilə işləməyə başlayıb

“Visa” beynəlxalq ödənişləri sürətləndirmək üçün Solana blokçeyni əsasında USDC steyblkoini ilə işləməyə başlayır, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Şirkət bildirir ki, o, Solana şəbəkəsindən hesablaşmalar üçün geniş miqyasda istifadə edən ilk böyük maliyyə qurumlarından biridir. Bu xəbərdən sonra SOL qiyməti təxminən 2% artıb, bitkoin isə aşağı düşüb.

Bəyanatda deyilir ki, “Visa” həmçinin dünya üzrə bizneslər üçün debet və kredit kartı ödənişlərini emal edən “Worldpay” və “Nuvei” ödəniş sistemləri ilə pilot proqramlara başlayıb.

İndi onların müştəriləri USDC ilə hesablaşmaları seçə bilərlər. “Visa” ilk dəfə 2021-ci ildə maliyyə əməliyyatları üçün USDC-ni sınaqdan keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər