-1 C
Baku
Sunday, December 15, 2024

“Visa” və “Mastercard” bu gündən Rusiyada fəaliyyətini dayandırır

Beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” martın 10-dan Rusiyada fəaliyyəti dayandırır.

Banker.az xəbər verir ki, qərar artıq qüvvəyə minib.

Vurğulanır ki, Rusiya bankları tərəfindən buraxılan bu ödəniş sistemlərinin kartları ölkə daxilində işləməyə davam edəcək, lakin müəyyən məhdudiyyətlərlə. Xüsusilə, “Visa” və “Mastercard” kartlarının sahibləri onlardan yalnız malların alışı, karta mədaxil və pul köçürmələri kimi məqsədlərlə istifadə edə biləcəklər. Xaricdə ödənişlər, xarici onlayn mağazalarda alış-veriş, “Apple Pay” və “Google Pay” xidmətləri qadağandır.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata başladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin rəhbəri, ordu generalı Serqey Şoyqu bildirib ki, bu əməliyyatın əsas məqsədi Rusiyanı Ukrayna xalqından istifadə etməyə çalışan Qərb ölkələrinin hərbi təhlükəsindən qorumaqdır. Bu qərara cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başlayıb. Rusiya və Ukrayna nümayəndə heyətləri vəziyyətlə bağlı bir sıra danışıqlar aparır.

Son xəbərlər
Digər xəbərlər