22 C
Baku
Thursday, May 9, 2024

Visa yaxud MasterCard-ın fərqi nədir?

Heç kimə sirr deyil ki, xarici ölkəyə səfər edərkən ən yaxşı vasitə özünüzlə nağd pul deyil, bank kartı aparmaqdır. Plastik kartın əsas üstünlüyü üzərinizdə yüksək miqdarda nağd pul daşımaq, onu gömrükdə təsdiq etmək məcburiyyətinizin olmaması və ödəniş zamanı yaşayacağınız rahatlıqdır. Beləliklə, hər kəsə plastik kart lazımdır. Bəs hansı? Visa yaxud MasterCard?

Visa və MasterCard arasında səyahətçinin əsas “köməkçi” kartı olması uğrunda apardığı mübarizə artıq uzun müddətdir ki davam edir.

Bu kartların əsas fərqlərini aydınlaşdırmağa çalışaq:

visa_mastercard_kopiyaİki lider ödəniş sistemini bazar payı, ödəniş terminallarının çoxluğu kimi göstəricilərlə müqayisə etdikdə görərik ki, Visa burada liderdir. Lakin MasterCard ilə də əcnəbi ölkədə problem yaşamayacaqsınız. Hər hansı bir ölkədə bu iki ödəniş sisteminin dəstəklənmədiyi terminala rast gəlmək şansınız demək olar ki, minimuma bərabərdir.

Bu məqalədə Banker.az sizə Visa və MasterCard arasındakı əsas fərqləri təqdim edəcəyik. Beləliklə, bu fərqlər hansılardır?

Visa-nın Amerika, MasterCard-ın isə Avropa ödəniş sistemi olduğunu düşünmək elə də düzgün deyil. Hər iki ödəniş sistemi artıq uzun müddətdir ki, beynəlxalq status qazanıb. Bunu VISA International Service Association və MasterCard Worldwide adları da sübut edir.

Visa ödəniş sistemi üçün əsas valyuta Amerika dollarıdır. Bu o deməkdir ki, valyuta konvertasiyası  (mübadilə) ilə bağlı əməliyyatlar dollar vasitəsilə həyata keçiriləcək.

Mastercard logo.previewMasterCard ödəniş sistemində isə amerikan dolları ilə yanaşı avro da əsas valyuta rolunu oynayır. Bu çox vacib xüsusiyyətdir! Daha dəqiq desək, əməliyyatlar həm avro, həm də dollar vasitəsilə həyata keçirilə bilər. Demək olar ki, bu lider kartlar arasında əsas fərq bundan ibarətdir.

Müxbir hesablar

Ödəniş sistemi ilə müqavilə imzalayan və Visa, yaxud MasterCard brendi altında kart buraxan banklar bir və yaxud bir neçə müxbir hesablar yaradır.

Bank MasterCard üçün avro kimi dollar hesabı da aça bilər. Bu halda MasterCard səyahətçi üçün ən rahat kart olaraq qalır. Lakin bu çox nadir hallarda baş tutur. Belə ki, bu bank üçün əlavə xərc və bəzi əməliyyatlarda gəlirliliyin enməsidir.

Konvertasiya

Konvertasiya adətən ödəniş etdiyiniz valyutanın kart hesabınızdakı valyutadan fərqləndiyi halda (kart hesabınız manat, amerika dolları və yaxud avro ilə ola bilər) həyata keçirilir.

Əcnəbi ölkədə ödəniş edərkən konvertasiyanın bir hissəsi ödəniş sisteminin məzənnəsinə, bir hissəsi isə bankınızın məzənnəsinə uyğun olaraq həyata keçirilir. Bankınızın konvertasiya məzənnəsini isə banka müraciət etməklə öyrənə bilərsiniz.

visa_mastercardVisa və MasterCard-ın konvertasiya məzənnələri bir-birindən fərqlənir, lakin bu fərq o qədər də yüksək deyil. Bank konvertasiya əməliyyatlarına əlavə faizlər təyin edə bilər. Bu faizlərin miqdarı yalnızca bank tərəfindən təyin edilir və 0-5% təşkil edir.

Konvertasiyalara nümunələr gətirək:

Aşağıda təqdim edəcəyimiz variantlar şərtidir və həqiqətdə banklardan asılı olaraq dəyişə bilər.

1-ci variant

Manat hesablı kart. Almaniyada mehmanxana hesabının ödənməsi.

Visa: AZN-USD-EUR

MasterCard: AZN-EUR

Burada sərfəli olan MasterCard-dır. Belə ki, cəmi 1 konvertasiya həyata keçirildi.

2-ci variant

Avro hesablı kart. İtaliyada restoranda hesabın ödənməsi.

Visa: EUR-USD-EUR

MasterCard: EUR

Burada da MasterCard daha sərfəlidir. Çünki konvertasiya yoxdur. Visa ilə isə zərərdəsiniz. Burada ikiqat konvertasiya həyata keçirildi. Biri bank, biri isə ödəniş sistemi vasitəsilə.

 3-cü variant

card300Dollar hesablı kart. Nyu-Yorkda kafedə hesabın ödənilməsi.

Visa: USD

MasterCard: USD-EUR-USD

Burada vəziyyət əksinədir. Visa ilə heç bir konvertasiya həyata keçirilmədiyi halda, MasterCard ilə sizi iki konvertasiya gözləyir.

4-cü variant

Manat hesablı kart. Praqada mehmanxana hesabının ödənməsi.

Visa: AZN-USD-EUR-CZK yaxud AZN-USD-CZK

MasterCard: AZN-EUR-CZK

Burada MasterCard ilə iki konvertasiya realdır. Visa ilə isə iki, hətta üç konvertasiya mümkündür. Məsələ ondadır ki, Avropada bir çox əməliyyatlar avro ilə həyata keçirildiyindən üç konvertasiya mümkün haldır.

Beləliklə, əməliyyatların çoxunu Avropada həyata keçirməyi planlaşdırırsınızsa MasterCard ödəniş sisteminin kartından istifadə etməyiniz daha sərfəlidir. Yox əgər, ABŞ-a daha çox səyahət edirsinizsə seçiminiz Visa olmalıdır.

Regionlar üzrə sayğac:

  • ABŞ, Kanada — Visa
  • Latın Amerikası — Visa
  • Avstraliya — Visa
  • Tayland — Visa
  • Avropa — MasterCard
  • Afrika (istisnalar mövcuddur*) — MasterCard
  • Kuba** — MasterCard

* — Əlcəzairdə MasterCard-ı dəstəkləyən heç bir bankomat yoxdur;

** —Kubaya səfər edərkən Avropa bankının kartına və MasterCard sisteminə sahib olmağınız məsləhətdir. Burada Amerika bankına məxsus kartı qəbul etməyə bilərlər. Dolların konvertasiyası isə 20%-ə çata bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər