16 C
Baku
Saturday, April 27, 2024

“Visa”nın Rusiyadakı rəhbərindən karyerada irəliləməyin 14 sirri

Yekaterina Petelina karyerasını bank sektorunda qurandan sonra “Visa” beynəlxalq ödəmə sisteminin Rusiya nümayəndəliyinin baş direktoru vəzifəsini aldı. 

Filoloq ixtisasına yiyələnən Yekaterina Petelina bank karyerasına Nijni Novqorod şəhərinin NBD Bankının marketinq şöbəsinin mütəxəssisi kimi başlamışdır. Lakin 2000-ci illərin əvvəllərində həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-a oxumağa getdi, sonrakı illərdə gənc qadın “McKinsey”-in Moskvadakı ofisinə qayıtdı, VTB Qrupunun pərakəndə biznesinin başlamasında iştirak etdi, 40 yaşında üçüncü övlad dünyaya gətirdi və “Visa” beynəlxalq ödəmə sisteminin Rusiyadakı biznesinin rəhbəri vəzifəsinə yiyələndi. 

Upd.: 2019-cu ilin sentyabr ayında Yekaterina Petelina Şimali Amerika regionu üzrə (ABŞ və Kanada) baş əməliyyat direktoru vəzifəsinə təyin edilib. 

Hər kəs xoşbəxt olmaq istəyir, amma hamı bu istəyini fərqli şəkildə ifadə edir. Karyera bəziləri üçün xoşbəxtliyin ən vacib elementi, digərləri üçün isə tamamilə əhəmiyyətsiz bir şey ola bilər. Ən vacib şey özünü həyatda realizə etməkdir. Şablonlardan qaçın və nəyə ehtiyacınız olduğunu müəyyənləşdirməyə çalışın. 

1. Özünüzü realizə etmək istəyirsinizsə, sevgini üstün tutun

Bu qayda təkcə şəxsi deyil, həm də peşə həyatına aiddir. Sevgini deyil, sənayenin perspektivliyini və ya əmək haqqının ölçüsünü rəhbər tutsanız, istədiyiniz nəticələrə nail ola bilməyəcəksiniz. Birincisi, gec-tez sevmədiyiniz işi görməkdən bezəcəksiniz və hər şeyi atıb həyata yenidən başlamaq istəyəcəksiniz. İkincisi, hər bir şirkətdə öz işini ürəkdən sevən insanlar var. Unutmayın ki, karyera yarışında aşiqlər qalib gəlirlər. 

2. Özünüzü təqdim etməkdən qorxmayın

Hələ tələbə ikən iş tapmaq üçün banka yollandım. Mən sadəcə gəldim və soruşdum: “Sizə necə kömək edə bilərəm?”. Yaxşı işin sizi tapmasını gözləməyin. Bir insan yalnız ehtimal olunanları edirsə, onun irəliləmək üçün yeni imkanlar əldə etməsi çətin olar.

3. “Artığını” edin

“Artığını edin!” – bu, anamın həyat şüarıdır. Qeyd edim ki, mənim anam uğurlu jurnalist və biznes-trenerdir. 

“Praktika” (regional televiziya şirkətləri üçün yaradılmış özəl məktəb) tədris mərkəzində yeni biznes-xəttini işə salanda, biliklərimin kifayət olmayacağını başa düşdüm. Öyrənmə fürsətləri axtarışında ikən Hollandiyada bir proqram tapdım. Kursu keçdim, lakin yolda, başqa bir ölkəyə getdiyim üçün Hollandiyanın Media-Akademiyası ilə böyük layihə haqqında ortaq razılığa gəldim. 2001-ci ildə Hollandiyanın kraliçası Beatriks və şahzadə Oranskiy Nijni Novqorod şəhərini və mərkəzimizi ziyarət etdilər. Bu, Hollandiya monarxlarının Rusiyaya son 100 ildə ilk rəsmi səfəri idi. Kraliça təkcə Moskvanı yox, başqa hər hansısa şəhəri ziyarət etmək istədi və bizim şəhəri seçdi, çünki aramızda ortaq layihəmiz var idi. 

Sizin göstərdiyiniz səylər heç vaxt nəticəsiz qalmayacaqlar. Layihəniz uğurlu olmasa belə nə isə öyrənmiş olacaqsınız. Öyrənməsəniz də yeni insanlar tanıyacaqsınız. 

Uğurlu insanlar yalnız etməli olduqları öhdəlikləri ilə kifayətlənmirlər. Onlar hər zaman “artıq” layihələr götürürlər və nəticədə daha böyük uğur qazanırlar. 

4. Lazım gələrsə, bütün gücünüzü səfərbər edin

Hollandiyadakı təlim kursundan sonra təhsilimi davam etdirmək istədiyimi başa düşdüm. Günlərin birində “Arqumentlər və faktlar” qəzetində ABŞ-da magistr proqramı ilə bağlı reklam gördüm və MBA üzrə oxumaq üçün müraciət göndərdim. Keçməyəcəyimə əmin idim, çünki proqram keçmiş SSSR ölkələri üçün cəmi 13 təqaüd ayrılmışdır. Lakin ilk turdan keçdim və növbəti addım GMAT və TOEFL imtahanını vermək idi. Düzünü desəm, həmin dövr mənim üçün çox çətin olmuşdur: həyat yoldaşım üç həftəlik işgüzar səfərə getmişdir, dayə məzuniyyətdə idi, uşaqlar xəstələnmişdi. 

Bəzən bütün gücümüzü səfərbər etməli oluruq. Özünüzə yazığınız gəlməsin, belə düşünün: bu dörd həftə mənim həyatım üçün çox vacibdir və bu cəmi dörd həftədir. Mən axşam saat 11-dən gecə saat 3-ə qədər ingilis dili ilə məşğul oldum və bunun sayəsində imtahandan uğurla keçdim. Həyatım kəskin şəkildə dəyişdi, “əvvəl” və “sonra” ya bölündü. 

5. Bəzən risk etmək lazımdır

İmtahanları verdim və ABŞ-dan cavab aldım: “Keçmisən”. Həyat yoldaşım ilə danışmalı idim, çünki o mənim xaricə getməyimi istəmirdi. Biz başa düşürdük ki, 1100 dollarlıq təqaüd ilə ABŞ-da dörd nəfərlik ailənin yaşaması mümkün deyil. Nəticədə biz yeganə əmlakımızı – Nijni Novqorod şəhərindəki mənzili satdıq və təhsil almağa getdik. Sizcə, mən qorxurdum? Bəli, dəhşətcəsinə. Lakin böyük risk etməsən, böyük irəliləyişə nail ola bilməyəcəksən. 

6. Pul həmişə olacaq, vaxt – yox

Mənzil satışından əldə etdiyimiz pulun üçdə iksini “yedik”, qalan üçdə bir hissəsini isə özümüzlə bir yerdə Moskvaya gətirdik. Bu, həyatımın maddi cəhətdən çətin, lakin çox xoşbəxt dövrü idi. Təəssüf etdiyim tək şey odur ki, biz çox qənaət etdik və mənzilin satışından əldə etdiyimiz pulları səyahət və təəssüratlara xərcləmədik.

7. Sonuncu vaqon da bir vaqondur

Rusiyaya “McKinsey” nin Moskvadakı offeri kimi geri döndüm. Mən konsaltinq sahəsində işləmək istəyirdim, lakin “McKinsey” ə sənədlərimi təqdim etmək üçün artıq gecikmişdim. Onda mən onların ofisinə yollandım və təqdimatın rəsmi hissəsi başa çatandan sonra şirkətin nümayəndələrinə yaxınlaşdım və onlarla işləmək istədiyimi söylədim. Onlar Moskvaya yazdılar, mən imtahanları verdim, bir neçə raund və müsahibədən keçdim və offer aldım. Siz hər fürsətdən istifadə edə bilərsiniz və sonuncu vaqon da bir vaqondur. Bəzən ona çatmaq mümkün olur. 

8. İlk təəssürat yaratmaq üçün yalnız bir şansınız var

“McKinsey” dəki ilk layihəm polad şirkəti ilə bağlı idi. Şirkət işçiləri tərəfindən özümə qarşı etinasızlıq hiss etdim – cinsim və yaşım ilə əlaqədar olaraq. İşçilərin mənə verdiyi sual təxminən belə idi: “Ay qız, metallurgiyada nə başa düşə bilərsən?”. Onda özüm özümə dedim: “Onlara heç nə sübut etməyə çalışmayacam, lakin maraqlarını çəkmək üçün cəhd göstərəcəyəm. Məsələn, onlara maraqlı olan suallar verəcəyəm. Və bu metod effektiv oldu. İlk təəssürat pis olduğu halda, güvən qazanmaq daha çətindir. 

9. Strateji iş seçin

Bu ifadəni çox sevirəm: “If money is all you want, it will be all you get”. Lakin puldan əlavə həyat və xoşbəxtlik üçün vacib olan çox şey var. Məsələn, öz komandanızı yarada biləcəyiniz maraqlı layihə və ya ondan nələrsə öyrənə biləcəyiniz rəhbər və s. Mən yalnız yüksək maaş düşünən insanlara çox rast gəlmişəm və əksər hallarda onlar uğurlu karyera qura bilmirlər. 

10. “Harasa” gedin, “haradansa” getməyin

Karyeranı dəyişmək risklidir, əgər: “Artıq dözə bilmirəm, hara olursa olsun, bircə bura olmasın”. Bu duyğu çox təhlükəli məsləhətçidir, adətən ona görə insanlar tələsik qərarlar verirlər. 

Məsələn, “Visa” – böyük məsuliyyət daşıdığım ilk təcrübəm olub. Ödənişlər – tamamilə yeni sənayedir və hal-hazırda transformasiya dövrünü keçir: innovasiyalar, yeni texnologiyalar inkişaf edir və müvafiq olaraq rəqabət güclənir. 

11. Məsləhət alın

Məsləhət almaq bacarığı daha çox qadınlara xas olan keyfiyyətdir. Başqalarından kömək istəməyə çəkinməyin, çünki adətən bu təcrübə əla nəticələr verir. Birincisi, ətrafınızda ağıllı insanların sayı çoxdur və onlar sizinlə öz fikir və ideyalarını paylaşa bilərlər. İkincisi, bu metod konstruktiv dialoq qurmağa kömək edir. Kişilərin kömək etmək və qorumaq instinktiv istəyi həm evdə, həm də ofisdə işləyir.

12. Hər şeyin öhdəsindən təkbaşına gəlməyə çalışmayın

Bu mümkünsüz olmaqla yanaşı lazımsızdır. Komandanın yaradılmasına, inkişafına və motivasiya olmasına sərmayə qoyun. Bunun üçün vaxta və resurslara qənaət etməyin. Hər bir işçinin özünəməxsus üslub və təcrübəsi var. “Visa” da bizim işimiz peşəkarlıq, təşəbbüs və komanda işi üzərində qurulur. 

13. Balans saxlamaq vacibdir

Vəzifələr və prioritetlər arasında seçim etmək qadınların taleyinə yazılıb. Siz ayrı-ayrılıqda hər bir işdə deyil, ümumilikdə həyatınızda balans saxlamağa çalışmalısınız. Bəzən bütün gücümüzü işə, bəzən isə ailəyə yönləndirməliyik.  Mən çalışıram həftə, ay və rüb üçün prioritetlərimi yazım və gündəlik həyatda özümü çox yükləməyim. 

14. Özünüzə “yox” deməyin

Bu həqiqətən də vacibdir – özünüzə “yox” deməyin. Uğurlu insanların əsas keyfiyyətləri uyğunlaşmaq bacarığı, dayanıqlıq və çətinliklərə qarşı dözümlü olmaq qabiliyyətidir. Əgər hər hansısa səhvə yol verdiyinizi görürsünüzsə, növbəti mərhələ – narahat oldun, nəticə çıxardın, ayağa qalxdın və qaçmağa davam etdin. Xoşbəxt insanlar bir şeyə can atmaqdan əlavə, həm də yol boyunca əylənməyi bacarırlar. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər