19 C
Baku
Thursday, May 2, 2024

“Vita 1000” üzərində “təbii mineral süfrə suyu” qeyd olunsa da, su kəmərindən doldururmuşlar

“Modern” Şirkətlər Qrupuna daxil olan “Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi mineral sularda nöqsanlar aşkar edilib.

Banker.az xəbər verir ki, bununla bağlı açıqlamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.

AQTA qeyd edir ki, cari ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqlarının aparılması üçün Agentlik tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Məlum olub ki, şirkətin məhsulunun üzərindəki etiketdəki məlumat istehlakçıları aldadıb.

Aşikar edilib ki, “Mineral Sular” MMC-nin “Vita 1000” Suyun mənbəyi “Oğuz-Qəbələ-Bakı su kəməri” olduğu halda, üzərində “Böyük Qafqaz sıra dağları”“təbii mineral süfrə suyu” qeyd olunsa da, istehsal prosesi zamanı müvafiq filterdən keçirildiyi müşahidə olunub.

Buna görə də, AQTA-nın göstərişi ilə “Böyük Qafqaz sıra dağları” və “təbii mineral süfrə suyu” sözlərini “Vita 1000” sularının üzərindəki etiketlərdən çıxarılıb, suyun mənbəyi “Oğuz-Qəbələ-Bakı su kəməri” qeyd edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər