9 C
Baku
Friday, December 13, 2024

VN sahibkarların əməkhaqqı ilə bağlı səbəb nəyi göstərir? – BLOQ

Vergilər Nazirliyi sahibkarın əmək haqqı məsələsində yayındığı bu yolu qanun pozuntusu hesab edir və bunu yoxlamaya səbəb kimi göstərir. Bu yol əmək haqqı fondu ilə bağlıdır.

Misal: 2019-cu il üçün “A” MMC-nin əmək haqqı fondu 9500 manatdır. İşçi sayı isə 18 nəfərdi. 
Direktor 1000
Müavin 900
Baş mühasib 800
Kadr işçisi 700
Mühasib 600
Sex rəisi 500
10 nəfər fəhlə kateqoriyası üzrə sex işçiləri 400 
2 xadimə 250
Cəmi: 9000
500 manatdı əlavə tədbirlər üçün.

“A” MMC 6 nəfər Əmək Məcəlləsinin tələblərinə əsasən sexə işçi götürür. Sex işçilərinin əmək haqqısın 400 manatdan 250 manata salır. Sex içilərinin sayının artması və bunun müqabilində əmək haqqı fondunun artmaması Vergilər Nazirliyinə “A” MMC-də yoxlama aparılmasına əsas verir. 
VN qeydinə görə, işəgötürən əmək haqqı fondu artmayaraq işçi sayında artım etdiyi hallar yoxlamaya əsas verir və yuxarıda göstərilən misałdandan da aydın olur ki, bu nəzərəçarpaçaq dərəcədədir.

İqtisadçı – ekspert Rauf Qarayev. 

Son xəbərlər
Digər xəbərlər