6 C
Baku
Sunday, December 15, 2024

“Volkswagen” 2022-ci model ilinin “T-Roc” krossoverini təqdim edib – Fotolar

Alman istehsalçısı “Volkswagen” yeni yığcam və çox populyar “T-Roc” yolsuzluq avtomobilinin xüsusiyyətlərini açıqlayıb. Qeyd edildiyi kimi, krossoverin xarici görünüşü, texniki imkanları, o cümlədən qiyməti dəyişib.

Ss3U 1200x675 1

Banker.az xəbər verir ki, ümumilikdə şirkət üç model təqdim edib: “T-Roc”, “T-Roc R” və “Convertible”. Bundan əlavə, indiki rəng sxeminə yeni çalalar əlavə olunub. Alıcı 17 və 19 düym ölçülü təkərlər arasında seçim edə biləcək.

t4pK 1200x675 1

“T-Roc”un içərisində yenilənmiş çoxfunksiyalı sükan, böyüdülmüş mərkəzi sensorlu ekran və alətlər klasterinin displey yer alacaq. Şirkətdən verilən məlumata görə, avtomobilin baqajı 445 litrə qədər artırılacaq.

pm1C 1200x675 1

Avropada “T-Roc” 5 müxtəlif turbomühərrik alacaq: 110/150/190 at gücündə 1.0/1.5/2.0 litrlik və 115/150 at gücündə iki litrlik. İstehsalçının vəd etdiyi kimi, yeni mühərriklər eyni anda həm güclü, həm də qənaətcildir.

QN06 1200x675 1

Son xəbərlər
Digər xəbərlər