8 C
Baku
Friday, December 13, 2024

“Volkswagen” Almaniyadakı zavodunda üç həftəlik istehsalı dayandırıb

Volkswagen şirkəti elektrik mühərriklərinin təchizatı ilə bağlı problemlərə görə Zwickau (Almaniya) şəhərindəki zavodunda elektrik avtomobillərinin istehsalını üç həftə müddətinə dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə Automotive News Europe məlumat yayıb.

“Volkswagen Group Components-in Kasseldəki zavodunda elektrik ötürücülərinin istehsalı hazırda yalnız məhdud dərəcədə mümkündür”, – nəşr şirkət nümayəndəsindən sitat gətirib.

Şirkətdən bildirilib ki, Volkswagen ID4 və ID5 avtomobillərinin istehsalı təxminən üç həftə dayandırılacaq. Həmçinin, komponentlərlə bağlı problemlər Audi Q4 E-tron və Audi Q4 Sportback E-tron modellərinin istehsalının dayandırılmasına səbəb olub.

Lakin problem Volkswagen ID3 və Cupra Born avtomobillərinə təsir etməyib, onların yığılması istehsal planına uyğun olaraq davam edir.

Son xəbərlər
Digər xəbərlər