Məşhur ingiltərəli müğənni Robbie Williams Avropanın nəhəng avtomobil istehsalçısı olan Volkswagen AG şirkətinin marketinq rəhbəri olacaq.
O dünya premyerası çərçivəsində Club & Lounge modellərinin reklam kampaniyasını nümayiş etdirmişdir. Yeni seriya avtomobillərin reklamı üçün Wie gut klingt das denn sloqanı seçilmişdir. Bu modellər sırasında Golf, Beetle və Tiguan da var. Almaniyada ilkin satışlar 18 dekabr tarixindən başlamışdır.
Məşhur musiqiçi bildirmişdir: Bu mənim üçün yeni bir şeydir. Başqa sözlə desək bu, əsl iş və musiqi dünyasının çərçivələrindən kənara çıxmaqdır”.