21 C
Baku
Monday, April 29, 2024

Volodimir Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

Banker.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər