-1 C
Baku
Sunday, December 15, 2024

Von der Leyen: “Azərbaycanla imzalanan memorandum qaz idxalını artırmağa imkan verəcək”

Müharibədən əvvəl Rusiya məqsədli şəkildə Avropaya qaz ixracını artıq azaltmağa başlamışdı.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Aİ-nin 12 ölkəsi Rusiyadan gələn qazın qismən azalması və ya tamamilə kəsilməsindən təsirlənib.

Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, Avropa Rusiya qazından asılılığı azaltmaq üçün böyük işlər görür: “Biz Rusiyadan daha etibarlı tərəfdaşlar tapmaq üzərində işləyirik”.

Von der Leyen ABŞ, Qətər, Əlcəzair və Misirlə aparılan danışıqları qeyd edib.

“İki gün əvvəl Azərbaycanla Anlaşma Memorandumu imzaladıq ki, bu da Avropaya qaz idxalını artırmağa imkan verəcək”, – o əlavə edib.

Von der Leyen vurğulayıb ki, Avropa həm də gələcəkdə əsas enerji mənbəyinə çevriləcək bərpaolunan enerji üzərində işləyir.

Ursula von der Leyen onu da bildirib ki, Rusiyadan qazın dayandırılması Aİ ölkələrindən bəzilərinə ağır, bəzilərinə isə daha yüngül təsir edir: “Ancaq nəticə etibarilə bu bizim vahid bazarımıza, bütün Avropaya təsir edəcək. Böhran anında həmrəy olmalı, birgə hərəkət etməliyik. Eyni zamanda, bu prosesə bütün ölkələr töhfə verməli, ehtiyac olarsa, qaz ehtiyatlarını digər üzv ölkələrlə bölüşməlidir. Üzvlərimiz bir-birinə güvənməlidir. Biz indi çətin sınaqla üzləşmişik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər