9 C
Baku
Friday, December 13, 2024

VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib

®VTB (Azərbaycan) rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertin maliyyə tərəfdaşı qismində çıxış edib. Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı, Azərbaycandakı Rus Evinin dəstəyi ilə baş tutub.

Konsertdə “Zənglər” vokal-simfonik poeması və Fortepiano və orkestr üçün ikinci konsert səsləndirilib. Konsertin dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub.

Bakıda keçirilən konsertə Rusiya, Türkiyə və Almaniyadan solistlər dəvət olunub. Moskvadan olan vokalçılar Yelizaveta Kulagina (soprano) və İqor Morozov (tenor) “Zənglər” poemasında iştirak ediblər. Bariton partiyasını hazırda Almaniyada fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla ifa edib. İkinci fortepiano konserti Moskva Konservatoriyasının məzunu, türkiyəli pianoçu Gökhan Aybulusun ifasında səslənib.

“VTB (Azərbaycan) fəaliyyət göstərdiyi illər ərzində respublikanın mədəniyyət və incəsənət sahəsində mühüm hadisələrə fəal dəstək verib. Biz dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun yubileyi kimi genişmiqyaslı tədbirin ərsəyə gəlməsinə öz töhfəmizi verməkdən məmnunuq. Əminik ki, sonuncu konsert bütün klassik musiqi həvəskarları və biliciləri üçün layiqli hədiyyə oldu”, – VTB (Azərbaycan) İdarə Heyətinin sədri İqor Okaev bildirib.

Məlumat üçün:

Sergey Raxmaninov rus bəstəkar, pianoçu və dirijordur. Öz yaradıcılığında Sankt-Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini, həmçinin Qərbi Avropa və Yaxın Şərq musiqi ənənələrini qarışdıraraq sintez etmiş və özünəməxsus orijinal üslub yaratmışdır.

İkinci fortepiano konserti 1900-cü ildə Raxmaninov tərəfindən yazılmışdır. İlk dəfə tam olaraq 27 oktyabr 1901-ci ildə Moskvada ifa olunmuşdur. İkinci konsert təkcə Raxmaninovun deyil, bütün dünya musiqi ədəbiyyatının fortepiano və orkestr üçün ən məşhur, populyar və ifa etdiyi əsərlərdən birinə çevrildi.

“Zənglər” poeması 1913-cü ildə Balmontun tərcüməsində Edqar Allan Ponun eyniadlı şeirinin sözlərinə Raxmaninov tərəfindən yazılmış, qarışıq xor, üç solist (soprano, tenor və bariton) və orkestr üçün musiqi əsəridir. 

7E8A9513 scaled

7E8A9483 scaled

7E8A9469 scaled

7E8A9422 scaled

Son xəbərlər
Digər xəbərlər