22 C
Baku
Saturday, April 20, 2024

“VTB Bank”ın rəhbəri Azərbaycan Prezidentinə məktub yazıb

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Prezidentini təbrik edib.

Təbrikdə deyilir,

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə “VTB Bank”ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq nüfuzunu möhkəmləndirərək hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Düz 30 il bundan əvvəl Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Ötən dövr ərzində ölkələrimiz ikitərəfli tərəfdaşlıqdan müttəfiqlik fəaliyyətinədək uzun yol qət edib.

Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini yüksək qiymətləndirirlər. Bu gün dövlətlərimizin mehriban qonşuluğu dəstəkləmək və Rusiya-Azərbaycan əməkdaşlığının potensialını artırmaq istəyi həmişəkindən daha vacibdir.

“VTB Bank”ın Azərbaycanda məhsuldar fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini əyani şəkildə göstərir.

Hörmətli İlham Heydər oğlu, Zati-alinizə məsul vəzifənizdə yeni-yeni uğurlar, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti,

İdarə Heyətinin sədri

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər