15 C
Baku
Saturday, April 20, 2024

“Wall Street” nəhəngləri ofislərdə bəzi COVID məhdudiyyətlərindən imtina edir

Wall Street-in aparıcı investisiya banklarından ikisi – Goldman Sachs və Morgan Stanley işçilərin ofisə qayıtması üçün bəzi COVID məhdudiyyətlərindən imtina etməyi planlaşdırır. Banklar Nyu York ofislərini doldurmaq üçün maska ​​tələbini aradan qaldırır.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Goldman Sachs Wall Street-in Manhetten qüllələrinə qayıtması prosesi üçün ilk addımı ataraq keçən il işçiləri müntəzəm gediş-gəlişə məcbur etmişdi. Morgan Stanley də işçilərinə COVID-19 məhdudiyyətlərinin bir qismini yüngülləşdirəcəklərini vəd edib.

Xəbərə görə, Goldman Nyu-Yorkdan kənarda olan işçilərə peyvənd statusundan asılı olmayaraq, müntəzəm olaraq test vermədən və ya maska ​​taxmadan ofislərə girməyə icazə verəcək. Qeyd edək ki, Goldman Sachs ofislərə qayıtmaq mövzusunda aqressiv münasibəti ilə tanınır. Goldman Sachs-ın Baş icraçı direktoru David Solomon deyib ki, pandemiya bankın üzbəüz işləmək mədəniyyətini dəyişdirməyəcək.

Goldman Sachs işçilərin həftədə neçə gün ofisə gəlməli olduqları ilə bağlı məlumat paylaşmayıb. Goldman rəhbərləri bu ilin əvvəlində verdikləri açıqlamalarda, heyətdən gözləntiləri belə bildiriblər: COVID protokolunun tələblərinə cavab verənlər ofisdən işləməlidirlər. Bank işçilərin istəksizliyinə baxmayaraq, ofisdə tam iş qrafikinə davam etmək üçün işçilərini bir araya gətirməyə çalışır.

Morgan Stanley isə keçən həftə Nyu Yorkdakı işçilərinə 5 sentyabr tarixindən etibarən COVID testlərini və bəzi nəzarət tətbiqlərini dayandıracağını açıqladı. Bankın açıqlamasına görə, testi müsbət çıxan hər kəs ən azı beş gün təcrid olunacaq və növbəti beş gün ərzində maska ​​taxacaq. Testi pozitiv çıxmış işçi ilə təmasda olmUş işçilərin isə təcrid edilməsinə ehtiyac yoxdur, ancaq onlar ofisdə 10 gün maska ​​​​taxmalı və 5-ci gün test verməlidirlər.

Son xəbərlər
Digər xəbərlər