26 C
Baku
Saturday, April 27, 2024

“Walt Disney” şirkətinə ilk dəfə qadın rəhbərlik edəcək

“Walt Disney” şirkətinin Direktorlar Şurası Syuzan Arnoldun baş direktor təyin edildiyini elan edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, o, bu il dekabrın 31-də vəzifəsinin icrasına başlayacaq. Hazırda Robert Ayqer həmin vəzifədədir.

Beləliklə, “Walt Disney” şirkətinin 98 illik tarixində ilk dəfə olaraq ona qadın rəhbərlik edəcək.

Qeyd edək ki, Syuzan Arnold 14 ildir ki, şirkətin idarə heyətinin üzvüdür və 2018-ci ildən Baş müstəqil direktordur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər