19 C
Baku
Monday, May 20, 2024

Warren Buffett Duracell-i əldə etdi

Warren Buffett-in Berkshire Hathaway investisiya şirkəti  Procter & Gamble şirkəti ilə onun Duracell bölməsini almaq barədə razılığa gəlib. Bu haqda məlumat Berkshire-in rəsmi mətbuat xidmətinə əsasən verilmişdir.

Müqavilənin ümumi dəyəri 6,4 milyard dollar təşkil edəcək. P&G müqavilə çərçivəsində Buffet-in fondundan hazırda Berkshire-ə məxsus olan öz səhmlərini 4,7 milyard dollara əldə edəcək. Şirkətin özü isə Duracell-in inkişafına 1,7 milyard dollar sərmayə yatırmağa razılıq verib.

Qeyd edək ki, müqavilə 2015-ci ilin ikinci yarısına qədər tamamlanmalıdır.

Batareya istehsalı biznesi üzrə ixtisaslaşmış Duracell P&G şirkətinin ən böyük aktivlərindən biri hesab edilir. Şirkətin oktyabr ayında verdiyi məlumata görə, o Duracell-i ayrıca bir şirkətə çevirəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər