10 C
Baku
Thursday, December 12, 2024

“Wartsila” Rusiya bazarını tərk edir

Finlandiyanın “Wartsila” maşınqayırma şirkəti nəhayət Rusiya bazarını tərk edib, bu barədə istehsalçının rəsmi saytında deyilir. Qeyd olunur ki, şirkət gedişini “yekunlaşdırıb”.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Finlandiyanın dəniz və enerji sənayesi üçün avadanlıq istehsalçısı əlavə edib ki, Rusiyadan çıxması ilə əlaqədar şirkət Sankt-Peterburqdakı ofisini bağlayıb. Şirkət Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi ticarət sanksiyalarına əməl etdiyini vurğulayıb. Hazırda bu ölkədə bütün biznes əməliyyatları dayandırılıb.

“Wartsila” qeyd edib ki, Rusiya bazarından çəkilmə şirkətin ikinci rübdə maliyyə göstəricilərinə çox az təsir göstərəcək, çünki bu qərarın nəticələri birinci rübün hesabatında artıq öz əksini tapıb.

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra bir sıra şirkətlər Rusiyadan çıxdıqlarını bəyan ediblər. Yal Universitetinin məlumatına görə, 1000-dən çox şirkət Rusiyada fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər