23 C
Baku
Friday, April 19, 2024

“WeWork” startapı $9 mlrd. kapitallaşma ilə birjaya çıxıb

“WeWork” kovorkinq şəbəkəsi 9 milyard dollar kapitallaşma ilə birjaya çıxıb. Banker.az xəbər verir ki, startap bunu “BowX Acquisition” şirkəti ilə birləşmə yolu ilə həyata keçirib.

Birjaya çıxması sayəsində “WeWork” layihələrini maliyyələşdirmək və şəbəkəni daha da genişləndirmək üçün 1.3 milyard dollar investisiya cəlb edib.

Xatırladaq ki, hazırda şirkət ən böyük investorlarından biri “SoftBank”a məxsusdur. Daha əvvəl “SoftBank” startapa 10 milyard dollardan çox sərmayə qoyub və yaranan maliyyə problemləri başlayandan sonra daha 3 milyard dollarlıq səhm alıb.

2019-cu ildə “WeWork”un kapitallaşması 47 milyard dollar təşkil edib – bu, belə bir biznes üçün nəhəng bir rəqəmdir. Məhz bu qiymətlə şirkət birjaya çıxmağı planlamışdı, lakin maliyyə problemlər səbəbindən kapitallaşma 2.9 milyard dollara düşmüşdü.

Hal-hazırda “WeWork” hələ də zərərdədir. Buna baxmayaraq, “SoftBank” 2024-cü ilə qədər onun gəlirini 7 milyard dollara çatdırmaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər