13 C
Baku
Thursday, April 18, 2024

“WhatsApp” yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

“WhatsApp” hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

Bu barədə CNN məlumat yayıb.

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq”, – “WhatsApp” nümayəndəsi telekanala açıqlamasında deyib.

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb. 

©Report

Son xəbərlər
Digər xəbərlər